Dəniz obyektlərində aparılmış ekoloji monitorinqin nəticələri açıqlandı
08 fevral 2011 21:35 (UTC +04:00)

Dəniz obyektlərində aparılmış ekoloji monitorinqin nəticələri açıqlandı

0
ARDNŞ-in Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentində “Neft Daşları” NQÇİ-nin istimarında olan “Palçıq Pilpiləsi”yatağında 2005-2009-cu illər ərzində aparılmış mövsümi ekoloji monitorinqlərin nəticələrinə dair təqdimat keçirilib.

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, təqdimatda qeyd olunub ki, “Palçıq Pilpiləsi” yatağında seçilmiş məntəqələr üzrə 2005-2009-cu illərdə aparılmış ekoloji monitorinqlərdə neft-qaz hasilatı zamanı dəniz mühitində baş verən dəyişikliklər izlənilib, dəniz dibi, suyun üst və alt qatlarının fiziki-kimyəvi parametrləri, dənizin ekoloji sisteminin hidroloji, hidrobioloji, bioloji, mikrobioloji, fizioloji tədqiqatlarında və bioresursların, dominantlıq təşkil edən qrupların növ müxtəlifliyi, say və biokütlənin dəyişməsində baş verən dinamika öyrənilib.

Təqdimatın bioloji bölməsində yataq ərazisində yayılmış fitoplankton və zooplankton növ müxtəlifliyi haqqında məlumatlar açıqlanıb. Yataqda aparılmış kompleks analitik təhlillər nəticəsində tərtib edilmiş təqdimatdan məlum olub ki, ərazidə dib faunasının növ müxtəlifliyi son illər ərzində artıma meyllidir. İştirakçılar Xəzər dənizində aparılan ekoloji monitorinqlər əsasında məlumat bazasının genişləndirilməsinin vacib olduğunu vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 624

Oxşar yazılar