Saxlama müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb
Qanun pozuntusuna yol verən 43 hüquqi şəxsə 165 min manat, 276 fiziki şəxsə 414,5 min manat cərimə tətbiq olunub
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin son 3 gündə keçirdiyi monitorinqlər zamanı Bakının Yasamal rayonunda yerləşən İmran İsgəndərova və Məhəmməd Bəşirova məxsus ərzaq malları mağazalarında, “Nuranə market”də, “Babək market”də, “Çinar market”də, “Zirvə market”də, Nəsimi rayonunda “Qardaşlar market”də, Xəqani Zeynalova məxsus ərzaq malları mağazasında, “MİQ market”də, Şahverdi Abdullayevə məxsus “Xəzər market”də və Vidadi Quliyevə məxsus “Xəzər market”də, Nizami rayonunda “İllac” MMC-yə məxsus “Ayla market”də, Telman Rufullayevə məxsus ərzaq mağazasında, “Sultan Əhməd market”də, “Assorti market”də, “Çinar market”də, “Bravo market”də, Nərimanov rayonunda Sovetxan Kazımova məxsus ərzaq mağazasında, Xətai rayonunda “Eleqant market”də, Gəncə şəhərində Sərdar Əsgərova məxsus ərzaq malları mağazasında, “İsmayıl” ərzaq mağazasında, Sumqayıt şəhərində Alış Bəkirova məxsus ərzaq malları mağazasında, Xaçmaz şəhərində “Şahdağ” pərakəndə ticarət mağazasında ümumi çəkisi 800 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, qanun pozuntusuna yol vermiş 1 hüquqi və 22 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Bakı şəhərinin Nərimanov rayonunda “V&P LTD” MMC-yə məxsus “Sizin market”də aparılmış yoxlama zamanı satışda mənşəyi məlum olmayan və saxlama müddəti ötmüş mallar aşkarlanmayıb.
Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 43 hüquqi şəxsə 165 min manat, 276 fiziki şəxsə 414,5 min manat cərimə tətbiq olunub.

Oxşar yazılar

Bakıda bu yollarda tıxac var - SİYAHI
22 aprel 2025 , 08:19
Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır
22 aprel 2025 , 00:02
SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək
21 aprel 2025 , 18:38
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
21 aprel 2025 , 18:13Sabahın tibbi-meteoroloji PROQNOZU
21 aprel 2025 , 17:45