Dövlət Sosial Müdafiə Fondunda yeni təyinatlar
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda yeni təyinatlar olub.
Lent.az-ın Fondun saytına istinadən verdiyi məlumata görə, Aynur Atayeva DSMF-nin Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin müdiri vəzifəsinə təyin olunub. O, bu vəzifəyə təyin olunana qədər Fondun Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. Hüquq şöbəsinə isə əvvəllər bu şöbədə çalışan Günay Bağırova təyin edilib.
Lent.az yeni təyinatların nə ilə bağlı olduğuna aydınlıq gətirmək üçün fonda müraciət edib. Mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib ki, prezident İlham Əliyevin 10 iyul 2009-cu il tarixli sərəncamı ilə Elman Mehdiyev Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini təyin edilib. Elman Mehdiyev sədr müavini təyin olunana qədər isə fondun Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinə rəhbərlik edib. İndi onun vaxtilə rəhbərlik etdiyi şöbəyə isə fond sədrinin əmri ilə Aynur Atayeva təyin olunub.
Xatırladaq ki, Elman Mehdiyev 2003-cü ildən Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində çalışıb. O, ölkə başçısının 5 oktyabr 2007-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI
13 iyul 2025 , 14:29
Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35