Səhiyyə Nazirliyi 420 manata böyük məsləhətçi axtarır
28 iyul 2009 18:30 (UTC +04:00)

Səhiyyə Nazirliyi 420 manata böyük məsləhətçi axtarır

Səhiyyə Nazirliyi nazirliyin Tibbi yardımın təşkili şöbəsində vakant böyük məsləhətçi vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib.
Vəzifə maaşı 420 manatdır.
Lent.az-ın nazirliyin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu bu gündən başlayır və 11 avqust 2009-cu il tarixdə saat 18:00-dək davam edəcək.
Müsabiqə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Kadrlar, elm və təhsil şöbəsi tərəfindən aparılır. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə yararlılığı müəyyən ediləcək. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsabiqəyə qatılacaq şəxsin səhiyyə istiqamətli ixtisaslar üzrə ali təhsili olmalı, MS WINDOWS, MS OFFICE kompüter proqramlarını, internetdə işləməyi orta-yüksək səviyyədə, rus dili və ingilis dilini isə orta səviyyədə bilməlidir.
# 633

Oxşar yazılar