Haqqında şikayət edilən 2 məktəb direktoru işdən çıxarıldı
Təhsil Nazirliyinin “Qaynar xətt”inə daxil olan müraciətlərin araşdırılması nəticəsində 2 orta məktəb direktoru işdən çıxarılıb
Bu ilin iyun ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (496-34-82; 496-37-61 telefonlarına, [email protected] e-mail ünvanına) 46 müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlərin əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Bakı şəhər ümumtəhsil məktəblərindən 12, Abşeron rayon ümumtəhsil məktəblərindən 3, Zaqataladan 2, Gəncə, Sumqayıt şəhərləri, Yardımlı, Tərtər, Tovuz, Salyan, Qobustan, Ağstafa və Laçın rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 1, ümumilikdə 26 müraciət qəbul olunub. Müraciətlərdə əsasən ümumtəhsil məktəblərində buraxılış imtahanlarının təşkili, keçirilməsi və nəticələri, eləcə də təhsil sənədlərinin verilməsi məsələsindən bəhs edilir.
Ötən ay məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar Bakıdan 2, Sumqayıtdan 1 müraciət olmaqla 3 zəng edilib. “Qaynar xətt” xidmətinə Laçın rayon ümumtəhsil məktəbləri ilə əlaqədar daxil olan müraciətlərdən 1-i Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin araşdırılması nəticəsində 2 (Bakı şəhəri və Abşeron rayonu üzrə) orta məktəb direktoru vəzifəsindən kənarlaşdırılıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin hər biri üzrə 2, Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı və Azərbaycan Beynəlxalq Universitetinin hər biri üzrə isə 1 müraciət daxil olub. Ali təhsillə bağlı olan 7 müraciətdə tələbələrin semestr imtahanlarına buraxılması, qeyri-müvəffəq qiymət alanlar üçün yenidən imtahan təşkil edilməsi və digər məsələlərdən bəhs edilir. Eyni məzmunlu daha 3 müraciət orta ixtisas məktəblərindən (Bakı Məktəbəqədər Pedaqoji Texnikumu, Azərbaycan Dövlət Pedaqoji Kolleci və Şəki Pedaqoji Texnikumu) qəbul olunub.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib. Bu ilin iyul ayının birinci yarısında “Qaynar xətt” xidmətinə daxil olan çoxsaylı sorğular nazirliyin əməkdaşları tərəfindən cavablandırılıb və 3 müraciət qeydə alınaraq araşdırılıb.

Oxşar yazılar

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
6 iyul 2025 , 09:11
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06