İstifadə müddəti ötmüş ərzaq malları satışdan çıxarılıb - SİYAHI
İndiyədək 242 min manat cərimə tətbiq olunub
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ölkə ərazisində istehlakçı hüquqlarının qorunması, həmçinin istifadəyə yararsız istehlak mallarının satışının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən bildirilib. Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı Bakının Xətai rayonunda yerləşən “İnci market”də, “VİP market”də, “Riyad Market”də, “Azles” MMC-yə məxsus “Savalan market”də, “Endi Market”də, “Azər market”də və Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Qafqaz” pərakəndə ticarət mağazasında ümumi çəkisi 200 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, kərə yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, ketçuplar, mayonezlər və s., həmçinin kosmetik vasitələr aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanunvericiliyin tələbini pozmuş 1 hüquqi və 6 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində qanunvericilik qaydasında inzibati cərimələr tətbiq olunacaq.
Bu il mayın 17-dən indiyədək aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 34 hüquqi şəxsə 132,5 min manat, 161 fiziki şəxsə 242 min manat cərimə tətbiq olunub.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz və saxta malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
Pərvin ABBASOV

Oxşar yazılar

Dünyada "yanğın mövsümü": Azərbaycanda vəziyyət necədir? - FOTO - VİDEO
18 avqust 2022 , 19:14
Daha 7 nəfər koronavirusdan öldü - SON STATİSTİKA
18 avqust 2022 , 18:20
Qapını döyən canavarlar, sirli ev, Ağsu həyulələri: Lent.az-ın qəhrəmanı vəfat etdi
18 avqust 2022 , 17:30
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 avqust 2022 , 15:56Sabah da hərarət 40 dərəcəni keçəcək - HAVA PROQNOZU
18 avqust 2022 , 12:50
Xaçmazda yanğınların söndürülməsinə yanğın qatarı cəlb olundu - VİDEO
17 avqust 2022 , 18:58
"Azəriqaz"ın məsul şəxsləri Cəlilabadda sakinlərlə görüşdü - FOTO
17 avqust 2022 , 17:05