“İlin QHT layihəsi” müsabiqəsi elan edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası “İlin QHT layihəsi” müsabiqəsi elan edib.
Şuranın katibliyindən Lent.az-a bildirilib ki, qurum 2009-cu ildə maliyyələşdirdiyi layihələr arasından “İlin QHT layihəsi” seçimi üçün müsabiqə keçirir. Müsabiqənin qaliblərini mükafatlar gözləyir. Qaliblər layihə çərçivəsində yerinə yetirilən fəaliyyət parametrləri üzrə aşağıdakı meyarlarla müəyyənləşdiriləcək:
Layihənin icra mexanizmlərinin mükəmməlliyi
Həyata keçirilən layihə haqqında ictimaiyyətin məlumatlılığı
Layihədən real faydalananların sayı
Layihənin mövcud problemin həllinə təsir imkanları
Müraciət edilən problemin həlli üçün tətbiq olunmuş yeni üsullar
Layihə bitdikdən sonra davamlılıq üçün yaranmış imkanlar
Layihənin QHT nüfuzunun artmasına təsiri
QHT-nin daxilində nizam-intizam və yaxşı idarəçilik
QHT-də sənədləşdirmə işinin səviyyəsi
QHT-nin hesabatlılığı və hesabatları təqdimetmə bacarığı
Təşkilatın Şura ilə əməkdaşlıq münasibətləri və kommunikativ əlaqələri
QHT-nin şəffaflıq amilini yerinə yetirməsi üçün həyata keçirdiyi tədbirlər
Monitorinq üçün yaratdığı imkan
QHT-nin qabaqcıl təcrübəni yaymaq mexanizmləri
“İlin QHT layihəsi” müsabiqəsinin qalibləri həyata keçirilən layihələr üzrə Şura əməkdaşlarının, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun apardığı monitorinqlərin nəticələri əsasında müəyyənləşdiriləcək.

Oxşar yazılar

Ən pis konservlər AÇIQLANDI
4 iyul 2025 , 11:59
Bu günün ən şanslı 3 BÜRCÜ: həyatınız çox yaxşılaşacaq - Siyahıdasınız?
4 iyul 2025 , 11:44
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL -VİDEO -YENİLƏNİB
4 iyul 2025 , 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
4 iyul 2025 , 11:21
Çiyələkdən kökələ bilərsiizmi? Sizi təəccübləndirə biləcək fakt
4 iyul 2025 , 11:14
Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 10:08
Yağış, GÜCLÜ külək - GÜNÜN HAVASI
4 iyul 2025 , 09:54