Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu başa çatdı
Tələbə olmaq istəyənlərin sayı keçən illə müqayisədə azalıb
2009/2010-cu tədris ili üçün Azərbaycan ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulu başa çatıb. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Ərizələrin qəbulu aprelin 21-dən mayın 31-dək aparılıb və bu müddət ərzində TQDK-nın serverinə 117531 “Elektron ərizə” daxil olub.
“Elektron ərizə” qəbulu ilə bağlı ilkin məlumatlara əsasən Sənəd Qəbulu Komissiyalarında 114274 abituriyent “Elektron ərizə”sini təsdiq etdirib (2008-ci ildə ərizələrin sayı 116520 olmuşdu).
Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən 7574 abituriyent Qabiliyyət İmtahan Komissiyalarında qeydiyyatdan keçiblər.
I ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 36221 abituriyent “Elektron ərizə”sini təsdiq etdirib.
II ixtisas qrupu üzrə 25354 abituriyent “Elektron ərizə”sini təsdiq etdirib.
III ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 36116 abituriyent “Elektron ərizə” sini təsdiq etdirib.
IV ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 16583 abituriyent “Elektron ərizə” sini təsdiq etdirib.
Qəbul imtahanlarında iştirak etmək arzusunda olan abituriyentlərdən 55884 nəfəri oğlan, 58390 nəfəri isə qızlardır. Onlardan 102211 nəfəri Azərbaycan bölməsinə, 12063 nəfəri isə rus bölməsinə sənəd verib.
Elxan SALAHOV

Oxşar yazılar

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53