Ermənilər uşaq ikən əsir götürülən 21 azərbaycanlını girov saxlayır-SİYAHI
“Ermənistan hərbi əməliyyatlar zamanı girov götürdüyü azərbaycanlı uşaqları azad etməməklə insanlıq dəyərlərini və beynəlxalq qanunları kobud şəkildə pozur”.
Bu sözləri “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova APA-ya açıqlamasında deyib. E. Orucova bildirib ki, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatlar zamanı işğal edilən ərazilərdə girov götürülən uşaqlardan 168-i (onların 65-i azyaşlı qızdır) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti nəticəsində azad edilib.
E. Orucova uşaq ikən əsir götürülmüş 21 azərbaycanlının hələ də Ermənistanda və işğal olunmuş Dağlıq Qarabağda girovluqda saxlanıldığını söyləyib: “Girovluqda olan uşaqlar müxtəlif ağır işgəncələrə məruz qalıblar. Onların bəzilərinin bədən orqanları çıxarılaraq satılıb. Məsələn, 3 yaşlı Şövqi Xaqani oğlu Əliyevin bazu sümüyü Xankəndində erməni həkimləri tərəfindən çıxarılıb, nəticədə Şövqi ömürlük şikəst qalıb. Kəlbəcərin işğalı zamanı girov götürülən Gülcamal Quliyevanın yeni dünyaya gələn oğlu Arzu Hacıyevə isə erməni həkimi Aida Serobyan tərəfindən naməlum tərkibli iynələr vurulub. Bundan sonra Arzu Hacıyev ömürlük şikəst qalıb. 15 yaşlı Nəzakət Məmmədovanın gözləri qarşısında atasına işgəncə veriblər, onun qulaqları kəsilib, anası bunlara dözməyərək dəli olub, qızın özünü isə 4 milyon rubla ailəsinə satıblar”.
E. Orucova bu kimi faktların yüzlərlə olduğunu vurğulayaraq beynəlxalq təşkilatları və dünyanın böyük dövlətlərini bu məsələyə diqqət yetirməyə çağırıb: “1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür. İstərdik ki, özünü humanist və insan haqlarını qoruyan təşkilatlar kimi təqdim edən beynəlxalq qurumlar erməni girovluğunda olan azərbaycanlı uşaqları azad etmək üçün iradə nümayiş etdirsinlər”.
Ermənistanda, işğal altındakı Dağlıq Qarabağ və ətraf bölgələrdə girovluqda saxlanılan azərbaycanlıların siyahısı (şahid ifadələri ilə təsdiqlənib):
1. Alışova Vəsilə Cəfər qızı - 1976-cı ildə Laçında anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb.
2. Allahverdiyev Mahir Novruz oğlu - 1975-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.
3. Bəndəliyev Xəyal Elbrus oğlu - 1986-cı ildə Kəlbəcərdə anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb.
4. Cəfərov Nüsrət (Anar) Fazil oğlu - 1975-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.
5. Cəfərov Samir Tacir oğlu - 1988-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.
6. Əliyev Səbuhi Cahangir oğlu - 1981-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.
7. Əliyev Səlim Cahangir oğlu - 1987-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.
8. Əliyev Tural Nadir oğlu - 1982-ci ildə Laçında anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb.
9. Hüseynov Məhsəl Elxan oğlu - 1992-ci ildə Xocalıda anadan olub (3 aylıq olub). 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.
10. Hüseynov Rəcəf Elxan oğlu - 1987-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.
11. Hüseynova Səbinə Elxan qızı - 1988-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.
12. Hüseynova Nəsibə Hüseyn qızı - 1982-ci ildə Xocalıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.
13. Məcnunova Gülafə İzzət qızı - 1978-ci ildə Qubadlıda anadan olub. 1993-cü ildə Qubadlıda girov götürülüb.
14. Məcnunova Səkinə İzzət qızı - 1982-ci ildə Qubadlıda anadan olub. 1993-cü ildə Qubadlıda girov götürülüb.
15. Məmmədov Möhlət Məmməd oğlu - 1976-cı ildə Ermənistanın Göyçə mahalında anadan olub. 26 fevral 1992-ci ildə Xocalıda girov götürülüb.
16. Quliyev Yaşar Qara oğlu - 1981-ci ildə Kəlbəcərdə anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb.
17. Quliyev Məzahir Qara oğlu - 1983-cü ildə Kəlbəcərdə anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb.
18. Quliyeva Aygün Qara qızı - 1990-cı ildə Kəlbəcərdə anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb.
19. Quliyeva Şahnaz Məhəmməd qızı - 1981-ci ildə Kəlbəcərdə anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb.
20. Rəhimov Vaqif Sədri oğlu - 1980-ci ildə Saatlıda anadan olub. 1993-cü ildə Zəngilanda girov götürülüb.
21. Zeynalov Fariz Davud oğlu - 1984-cü ildə Kəlbəcərdə anadan olub. 31 mart 1993-cü ildə girov götürülüb.

Oxşar yazılar

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53