Dövlət Şurasının maliyyələşdirilən QHT layihələrinin monitorinqi başlanır
Şura sədri Azay Quliyev bununla bağlı müşavirə keçirdi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin monitorinqi ilə bağlı bu gün Şura sədri Azay Quliyev müşavirə keçirib.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, A.Quliyev qeyd edib ki, layihələrin monitorinqi əsasən aşağıdakı parametr və istiqamətlər üzrə aparılmalıdır:
Layihələrin ictimai effektivliyinin müəyyənləşdirilməsi;
Layihədə nəzərdə tutulmuş nəticələrin əldə edilməsi;
QHT-lərin ehtiyaclarının müəyyənləşdirilməsi;
İctimai sektorun vəziyyətinin öyrənilməsi;
Şura sədri bildirib ki, maliyyələşdirilən layihələrin monitorinqinə cəlb edilmiş iki QHT - Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin bu sahədə aparacağı iş Şura əməkdaşlarının yerinə yetirdiyi normativ yoxlamaları təkrar və əvəz etməməli və bunun üçün öz metodologiyası baxımından fərqli olmalıdır. A.Quliyev bu təşkilatların monitorinq prosesinə daha geniş yanaşmasının, eləcə də QHT-lərin ehtiyaclarının üzə çıxarılması və metodik tövsiyələrin verilməsi baxımından xüsusi əhəmiyyət kəsb etməsini vurğulayıb.
Qeyd edilib ki, monitorinq nəticəsində region QHT-lərinin təlim və digər texniki ehtiyaclarının üzə çıxarılması, onların bilik və bacarıqlarının artırılması üçün görüləcək işləri əvvəlcədən planlaşdırmağa imkan verər.
Şuranın maliyyələşdirdiyi 226 layihənin monitorinqini həyata keçirəcək iki təşkilat - Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbərləri Umud Mirzəyev və Aydın Kərimov monitorinqin aparılması, metodologiyası, müddətləri və nəticələri ilə bağlı öz fikirlərini bildiriblər.
Monitorinqin nəticələrinin Azərbaycan ictimai sektorunun vəziyyətinin araşdırılması baxımından da zəngin material verəcəyi vurğulanıb.

Oxşar yazılar

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53