“İnformasiya Texnologiyaları Akademiyası” layihəsinə start verildi
01 iyun 2009 10:45 (UTC +04:00)

“İnformasiya Texnologiyaları Akademiyası” layihəsinə start verildi

Gəncədə yeni layihənin təqdimatı oldu
“İrəli” İctimai Birliyi Azərbaycanın müxtəlif regionlarında gənclərin, xüsusən də gənc müəllimlərin informasiya və kommunikasiya texnoloqiyaları sahəsində maarifləndirilməsi, ilkin biliklərin formalaşması məqsədi ilə “İnformasyia Texnologiyaları Akademiyası” layihəsinə start verib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, yeni layihənin Gəncə şəhərində təqdimatı olub.
Tədbirdə “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı çıxış edərək birdirib ki, ilk olaraq Gəncəbasarda, daha sonra isə digər regionlarda həyata keçiriləcək layihə gənclərin kompüter və internet sahəsi üzrə maarfilənməsinə xidmət edir. “İnformasiya Texnoloqiyaları qrupları”nın yaradılması yolu ilə 1 il ərzində proqrama 50 min vətəndaşın cəlb edilməsi nəzərdə tutulur.
Layihənin ikinci mərhələsində isə onun həyata keçirildiyi şəhər və rayonlarda xüsusi kompüter otaqları yaradılacaq. Artıq proqram çərçivəsində Gəncəyə 100 ədəd komputer gətirilib. İlkin olaraq 270 nəfərə komputer biliklərinin verilməsi planlaşdırılır.
Layihənin tərəfdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, “HP”, “Microsoft”, “Bestcomp” və “Yimroo” şirkətləridir. Tədbirdə Gəncədə hər 29 nəfər şagirdə 1 komputerin düşdüyü və bu sayın yüksəldiləcəyi də diqqətə çatdırılıb. Bu səbəbdən “İnformasyia Texnologiyaları Akademiyası” layihəsinin icrasının gərəkli və vacib olduğu vurğulanıb. Tədbirdə yeni layihə haqqında məlumatların yer aldığı www.itacademy.az saytının da təqdimatı keçirilib.
Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 912

Oxşar yazılar