Sabah son zəngdir
Məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilib
Sabah Azərbaycanın bütün ümumtəhsil məktəblərində son zəng tədbirləri keçiriləcək. Artıq Bakıdakı məktəblərin hamısında bayrama hazırlıq tədbirləri başa çatıb və hər bir məktəbin həyətində şagirdlərin şənlənməsi üçün lazımi şərait yaradılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, bayram tədbirləri ilə əlaqədar bu gün axşam saatlarından etibarən bütün məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Zəminə Əliqızı deyib ki, şagirdlər üç saat ərzində məktəbin ərazisindən kənara çıxmamaq şərti ilə istədikləri kimi şənlənə biləcək. Saat 13.00-da isə son zəng tədbirləri başa çatacaq və bundan sonra şagirdlər valideynlərinin ixtiyarına veriləcək. Onun sözlərinə görə, son zəng günü məktəblilərə Milli Parkda ənənəvi gəzintiyə çıxmamaq tövsiyə olunub. Bu tövsiyəyə necə əməl edib-etməyəcəkləri isə şagirdlərin öz işidir.
“Bakı Şəhəri üzrə Təhsil İdarəsi həm valideynlərə, həm də məktəb rəhbərlərinə uşaqları gəzintiyə çıxmamasına icazə verməməyə çağırıb. Yəqin ki, şagirdlər də israr etməz. Ancaq bu məsələni hər bir məktəb rəhbərliyi valideynlərlə birgə həll etməlidir” – deyə, Zəminə Əliqızı bildirib.
Xatırladaq ki, 2008-2009-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərinin XI sinfini 112.549 şagird bitirəcək. XII sinfini başa vuran şagirdlərin sayı isə 637-dir. Təhsil Nazirliyinin məlumatına görə, növöəti dəs ilində I sinif şagirdlərinin sayının 125.114 nəfər olacağı proqnozlaşdırılır.
Elxan SALAHOV

Oxşar yazılar

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53