ÜDM-in 2,4 faizi əqli mülkiyyətin payına düşür
Əqli mülkiyyətin qorunmasına dair qanunvericiliyə yenidən baxılacaq
1996-cı ildən 2009-cu il aprelin 20-dək Müəllif Hüquqları Agentliyində 7 minə yaxın əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçib. Bunların 625-i elmi əsər, 165-i kompüter proqramıdır.
Lent.az-ın məlumatına görə, bu barədə “Əqli mülkiyyət, onun iqtisadi dəyəri və qiymətləndirilməsi qaydaları” mövzusunda keçirilən konfransda Agentliyin rəhbəri Kamran İmanov bildirib. Onun sözlərinə görə, 2001-ci ildən başlayaraq, Azərbaycanda əqli mülkiyyətin milli iqtisadiyyatda payının müəyyən edilməsinə dair geniş araşdırmalar aparılır. Bu araşdırmaların nəticələrinə əsasən, hazırda milli iqtisadiyyatda müəlliflik hüquqlarına əsaslanan sənaye sahələrinin iqtisadi payı ümumi daxili məhsulun 2,4 faizini təşkil edir.
“Bizim hesablamalarımıza görə, Azərbaycanda əqli mülkiyyətin iqtisadi əhəmiyyəti getdikcə artır. Artıq əqli mülkiyyətin potensialı iqtisadi inkişafın mühüm alətinə çevrilir” - deyə, Kamran İmanov bildirib.
Milli Məclisin iqtisadi siyasət daimi komitəsinin sədri Ziyad Səmədzadə də yeni sahə olmasına baxmayaraq, əqli mülkiyyətin Azərbaycanın iqtisadi inkişafına və investisiya axınına müsbət təsir etdiyini deyib. Millət vəkili onu da əlavə edib ki, hələ Azərbaycanda əqli mülkiyyətin qorunması, ərsəyə gələn bütün əsərlərin dövlət qeydiyyatına alınması sahəsindəki problemlər qalmaqdadır: “Biz bu məsələni həm Müəllif hüquqları Agentliyi, həm də müvafiq qurumların rəhbərləri ilə dəfələrlə müzakirə etmişik. Qərara gəlmişik ki, əqli mülkiyyətin qorunmasına dair qanunvericilikdə bəzi təkmilləşmə işləri aparaq və biz qanuna dəyişikliyi yaxın vaxtlarda edəcəyik”.
Daha sonra 28 May - “Respublika günü”nə həsr olunmuş konfrans diskussiya şəklində davam edib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, millət vəkili Xanhüseyn Kazımlı əqli mülkiyyətin qorunması sahəsində qarşıya çıxan problemlərin həlli istiqamətində görülməli olan işlərdən danışıb.
Elxan SALAHOV

Oxşar yazılar

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53