Azərbaycanlılar Berlində tədbir keçirib
“Ailə, qadın və uşaq”
Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) qərargahında “Ailə, qadın və uşaq” mövzusunda Azərbaycan diaspor nümayəndələri ilə görüş keçirilib. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Görüşdə Azərbaycan qadınının Almaniyada sosial həyata qatılması, Berlində yaşayan qadınların AAKM–da bir araya gələrək sosial qrup çalışmalarında iştirak etməsi, Azərbaycan qadınları arasında birliyin möhkəmləndirilməsi, onların sosial cəhətdən qüvvətlənməsi üçün müntəzəm tədbir və görüşlərin keçirilməsi, azərbaycanlı ailələrinin həyatı, vəziyyəti, problemləri ilə əlaqədar proqramların tərtibi, ailədə sağlam və vətənpərvər nəslin yetişdirilməsi və digər məsələlərdən danışılıb.
BMT-nin elan etdiyi 15 may - “Beynəlxalq ailə günü” ərəfəsində keçirilən bu tədbirdə türk-azərbaycanlı uşaqlarının ortaq mədəniyyət və dil daşıyıcısı olan Dədə Qorqud dastanının balacalar üçün açıqlanması, Azərbaycan dilinin inkişafı üçün şeir müsabiqəsinin keçirilməsi, alman, azərbaycanlı və türk uşaqların iştirakı ilə mədəniyyətlərarası rəsm yarışmasının təşkili, AAKM-da uşaqlara cizgi filmlərinin göstərilməsi, bazar günü məktəblərinin təşkili kimi tədbirlərin vacibliyi qeyd olunub.
Görüşdə qərara alınıb ki, qadınların ilk toplantısı iyunun 20-də AAKM-da keçirilsin.
Pərvin ABBASOV

Oxşar yazılar

Yayın gözəllikləri və təhlükələri: xərçəng riski var - ARAŞDIRMA
17 iyul 2025 , 16:07
Prezident ona at hədiyyə etdi
17 iyul 2025 , 15:50
Sabah çimərliklərdə neçə dərəcə isti olacaq? - PROQNOZ
17 iyul 2025 , 14:40
Ən çox isti harada qeydə alınıb? - Faktiki HAVA
17 iyul 2025 , 13:41
Qarpızı dondurmaq olarmı: bu nə üçün lazımdır?
17 iyul 2025 , 12:25
Sabah 41 dərəcə isti olacaq - Hava PROQNOZU
17 iyul 2025 , 12:20
Pis günlər geridə qaldı: İyulun ikinci yarısında ən şanslı olacaq 5 BÜRC - siyahıdasınız?
17 iyul 2025 , 09:09