“Oğlum soruşur ki, ata, gözlərin hanı?” - HƏYAT HEKAYƏTİ -
Yaponlarda bir adət var. Söhbət edəndə heç vaxt insanın gözünün içinə baxmazlar. Bu, onlarda mədəniyyətsizlik, ədəbsizlik sayılır. Bizdə isə fərqlidi, həmsöhbətinin sifətinə, arabir gözünə baxmasan, qarşıdakının xətrinə dəyə bilərsən. Düşünəcək ki, fikrin başqa yerdədi, onunla danışmaq istəmirsən, ya da yola verirsən, sadəcə...
O mənimlə elə mehriban söhbət eləyir ki, elə bil ən yaxın adamıyam. Amma gözündəki qara eynəyin arxasında bir qaranlıq hökm sürür, hər tərəf qaradır. Mənə tərəf baxır amma görmür. Mən də baxıram. Arada çaşıb gözlərinə baxıram. Amma onun gözləri yoxdu. Danışa bilmirəm, səsim titrəyir. Danışmağa utanıram, “sən danış” - deyirəm, gözlərimi ondan gizlətməyə çalışıram – baxmayaraq ki, o onsuz da görmür.
Elsevər Məcidov. 1976-cı ildə doğulub. Hündürboylu, yaraşıqlı, qədd-qamətli bir oğlandı. 1997-ci ildə Murovda itirib hər iki gözünü. Dünya işığından məhrum olmuş insanın içində nə qədər hissələr, duyğular olarmış! Mənə ən çox təsir eləyən də onun içində sıxılıb qalmış, insanlara açıb deyə bilmədiyi hisslər idi. Bir dəfə toyda təsadüfən rast gəldim ona. Elsevərin qardaşının toyu idi, başımız yeyib-içməyə qarışmışdı. Birdən qəribə bir səs gəldi qulağıma, kimsə “Sarı gəlin” oxuyurdu toyun gur vaxtında, hamı əlini saxladı, geriyə boylandılar. Hündürboylu, yaraşıqlı bir oğlan əlləri titrəyə-titrəyə oxuyurdu:
“Saçın ucun hörməzlər
gülü sulu dərməzlər, Sarı gəlin,
Bu sevda nə sevdadır,
səni mənə veeeeeeerməzlər,
neynim aman-aman,
neynim aman-aman, Sarı gəlin...”
İndi Elsevər Kürdəmirdə, Qarabağ əlilləri üçün tikilmiş evdə yaşayır. Güzəranından şikayəti yoxdu. Dövlət ona ev, maşın verib. Şükür Allaha, ailəsi də var. Çox tərəddüdlərdən sonra, anasının israrı ilə evlənib bir neçə il əvvəl. İki oğlu var.
Bu Vətən oğlunun həyatının işıqlı və qaranlıq səhifələri haqda bir az qürur verən, bir az acı gətirən, bir az təəssüf doğuran xatirələrini öz dilindən oxuyun...
“İlk məhəbbətim gəldi gözümün qarşısına”
Qaynım – Şaban şəhid oldu, o vaxt heç qohum da deyildik, qonşumuz idi. Təyyarəçi olub, özü də Kürdəmirdə hamı tanıyırdı onu. Ən xoşladığı mahnı idi “Sarı gəlin”. Özü də həmişə zümzümə eləyirdi, həmin mahnını, sevdiyi bir qız varmış, onun üçün oxuyurmuş. 92-ci ildə bombardmançı təyyarə ilə getdi erməniləri bombaladı, amma qayıtmadı. İndiki kimi yadımdadı, iyunun 19-u idi.
Ondan sonra nə isə mənim beynimə doldu bu mahnı, hey zümzümə eləyirdim. Mənim elə əvvəldən sarışın qızlardan xoşum gəlirdi, uşaq vaxtı bir istədiyim qız da vardı, o da sarışındı. Arada zümzümə eləyirdim. Getdim müharibəyə, qayıtdım, hər şey dəyişdi, amma o mahnı yadımdan çıxmadı. İndi də evdə oturanda, özümdən asılı olmadan oxumağa başlayıram. Qonşular da eşidir səsimi.
Qardaşımın toyunda özümdən asılı olmadan müğənniyə dedim ki, mahnı oxumaq istəyirəm. Çox təsirlənmişdim. Şaban, uşaqlıq xatirələrim, ilk məhəbbətim gəldi gözümün qarşısına. Qarabağdakı günlərimizi, o dağları xatırladım.
“Qoca qartal, nə gəzirsən”
Mənim böyük həvəsim var idi ki, hərbiçi olum, əsgərliyə gedəndə də orduda qalmaq istəyirdim. Mən əsgərliyə gedəndə artıq atəşkəs idi. Sumqayıt tərəfdə bir hərbi hissədə idik. Bir gizirimiz vardı, həmişə paltar paylayanda, başqa-başqa vaxtlar bizə məzəmmət eləyirdi. Deyirdi ki, oğlanlar Murovda can qoyur, camaat orda can qoyur, bezdirmişdi bizi. Qərara gəldim ki, könüllü gedim cəbhəyə, yazıldım könüllülərə. 3 ay təlim keçəndən sonra qalxdıq dağlara və hər şey başladı.
Həmişə komandirlərə deyirdik ki, icazə ver, gedib qarşıdakı postu alaq, deyirdilər, tutaq ki, mən icazə verdim, bəs sizin arxanızca gələn olmayacaq axı, əmr yoxdu. O qədər nifrətimiz vardı ki, erməniyə. “Elşən” postu vardı. Bizdə idi. Bizimkilər Elşən adlı əsgəri qoyublar həmin posta, özləri də gediblər yeyib-içməyə. Ermənilər də gəlib Elşəni aparmışdı. Onu elə işgəncə ilə öldürmüşdülər ki, özü də rabitə vasitəsilə Elşənin səsini ötürürdülər biz tərəfə. Dəhşətli vəziyyətlərə düşmüşük...
Qaranlıq səhifə
Xatirələrimin çoxu Murov dağarı ilə bağlıdı. Bir talış balası vardı aramızda, tez-tez yığışırdıq, o da “Qoca Qartal”ı oxuyurdu. Ölüm-zad ağlımıza gəlmirdi, bircə arzumuz vardı, əmr verilsin, irəli gedək. 1996-97-ci illərdə, burda hamı elə bilirdi ki, atəşkəsdi, vəssalam. Amma müharibə, döyüşlər hələ gedirdi. Bizə yanacaq gətirən bir nəfər vardı – indiki kimi yadımdadı, Əlişov Qurban. Kürəyində kanistrlə benzin gətirmişdi. Ermənilər onu necə vurmuşdusa, təsəvvür elə, alovun içində insan, güllə kürəyindən girib, qarnından çıxıb. Döyüş başladı, dözə bilmirdim, iki silah - pulemyotla avtomatı götürüb, qalxdım səngərdən. Boyum da bir az uzundu axı. Aşağıdan uşaqlar qışqırırdı ki, “Elsevər, əyil”. Nə əyilmək? Güllələr qulağımın dibindən keçib daşa dəyirdi, ayağımın altına düşürdü. Hər an ölə bilərdim. Amma hər şey yaddan çıxmışdı. Bir müddət keçdi, arabir atışma olurdu, döyüşlər də, əməliyyatlar da həyata keçirirdik. Dağ yeri olduğundan orda səngər qazmaq mümkün deyildi, gərək daşdan tikəydin. Bir gün dedilər ki, yeni post tikmək lazımdı. Ətrafda daş-kəsək dolu idi. Çıxdım səngərdən, uşaqlara 3-4 daş verdim. Bir anlıq gözüm dərədəki köhnə traktora sataşdı. Otun–alağın içində tırtıllı qədim bir texnika qalmışdı, ona baxdım. Saniyə söhbəti olardı. Elə bildim başıma daş dəydi, gözlərim qaraldı. Artıq ermənilər vurmuşdu məni, döyüş başladı. Huşum özümdə idi. Bir neçə saat atışma oldu, imkan vermirdilər ki, uşaqlar çıxarsın məni. Güllə qulağımın yanından girib, çənəmdən çıxmışdı. İndi fikirləşirəm ki, mənim yaşamağım möcüzə olub. Ona görə də naşükür ola bilmərəm. Nə isə, səhər birtəhər çatdırdıla məni hospitala. Çatan kimi gözümün birini əməliyyatla götürdülər, o biri də artıq görmürdü.
Hərbi biletimə “tam yararsızdır” yazıb, göndərdilər məni. Əmim oğlu gəlmişdi aparmağa, o da sarıtdırmayıb gözlərimi. Tərs kimi eynək də yox idi. O vəziyyətdə çıxdıq yola, pulumuz da yox idi. Nə də gözlərimə görə maşınlar götürmürdü, əmioğlu başa salmaq istəyirdi ki, vətən uğrunda olub, başa düşmürdülər. Birtəhər bir “İkarus” tapdıq. Düz arxada yer verdilər bizə, gəlib çıxdıq rayona. Bilirsən, hamıda bir təsəlli vardı ki, sağ qalmışam. Gəldim evə qara eynək verdilər, həyatımın o biri səhifəsi başladı.
Ana naləsi ilə məhv edilmiş lent yazısı
Elə bil hər şey insana əvvəlcədən əyan olur. 96-nın sonları idi, məzuniyyətə gəldim, sonuncu dəfə idi, el-obamı görürdüm. Nə isə doymurdum kənddən, evə-eşiyə yığışmırdım, bütün günü oxuduğum məktəbin ətrafında, uşaqlıq-yeniyetməlik illərim keçən kəndin küçələrində gəzirdim. Elə bil kimsə mənə deyirdi ki, doyunca bax buralara, daha görməyəcəksən. İndi həmin yerlərdən keçəndə deyirlər ki, Elsevər hardayıq indi? Deyirəm ki, filankəsin qapısının ağzındayıq. Hər şey həkk olunub yaddaşıma...
Nə isə, qayıtmaq vaxtı çatanda bir kaset götürdüm, başladım özüm öz səsimi yazmağa, bacı-qardaşlarıma məsləhətlər verirdim orda, yaxınlarıma ürək sözlərimi demişəm, evdəkilərə bir-birindən muğayat olmağı tapşırmışam orda. İndi qalmır o lent yazısı. Mən yaralanandan sonra evdəkilər qulaq asıblar, anam götürüb sındırıb o kaseti.
Qəhrəman ailə
Anam israr eləyirdi mənim evlənməyim üçün. Axırı razılaşdım, ailə qurduğum qadın da dərdli ailədəndi. Bayaq dediyim Şabanın bacısıdı. Sağ olsun, qəbul etdi məni. Təzə evlənəndə qulağıma çatırdı ki, qıraq adamlar yoldaşıma yersiz-yersiz suallar verirdilər ki, niyə evlənmisən onunla?
Subay olanda bəzi şeylər fərqli idi. Amma evlənəndən sonra dəyişdi. Evdə eynəyi çıxarıram. Oğlumun 3 yaşı var, sual verir ki, ata gözlərin hanı? Nə olub? Erməni partladıb? Gedib öldürəcəm erməniləri... Başa salıram ki, ermənilər eləyib, gündə neçə dəfə olsa da, çalışıram uşaqlardan gizlədim gözlərimi. İki oğlum var, balaca 1 yaş 8 aylıqdı, böyük 3 yaşındadı. Üzlərini də görməmişəm. Uşaqlar əyləncə istəyir, nə isə bir hərəkət eləyir, deyir, ata bax. “Hə, hə” – deyib, yalandan vəziyyətdən çıxıram. Bir də görürsən başqa şey göstərir, mən başqa şey başa düşürəm.
““Sarı Gəlin” dolaşır beynimdə”
Bu günlərdə qonşuluqda bir şəhid balasını gəlin köçürdük. Atasını heç görməyib, gəldi mənimlə görüşdü, dedi ki, səni görəndə elə bil atamı görürəm... Çox təsirləndim. Belə şeyləri hiss edəndə, “Sarı gəlin” mahnısı dolaşır beynimdə.
İstəyirəm ki, heç olmasa qismən görə bilim. 2005-ci ildə ümidlənmişdim. Deputatlığa namizədlərdən biri məni aparıb həkim müayinəsindən keçirdi. Bakıya Amerikadan bir həkim gəlmişdi. Dedi ki, 3-4 ilə sənin müalicən mümkün olacaq. Amma ondan sonra bir xəbər çıxmadı, maraqlanan da olmadı. İndi Azərbaycanın imkanı var ki, məni aparsın müalicə elətdirsin. Şikayətim yoxdu. Ev veriblər, maşın veriblər. Amma insan üçün həyat işığından başqa qiymətli nə ola bilər axı...
Nizam Rza
[email protected]

1422