“Kadr potensialı geniş imkanlar deməkdir” - FOTO
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş Cəmiyyətinin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi və bacarıqlı kadrların hazırlanmasına yardım” layihəsi çərçivəsində oktyabrın 10-da Quba şəhərində "Vətəndaş Cəmiyyətinin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsində kadrların rolu bu sektorun dayanıqlı inkişaf yollarından biridir" mövzusunda tədbir keçirilib. Tədbirdə Quba və ətraf rayonlarda fəaliyyət göstərən 20-dən çox QHT təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov Vətəndaş Cəmiyyətinin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsində kadrların rolundan danışaraq QHT-lərin kadr potensialının geniş olmasının onların fəaliyyət imkanlarının artmasına da şərait yaratdığını bildirib: "QHT-lərin öz ətrafına bacarıqlı kadrları cəlb etməsi vacibdir. Belə kadrlar cəmiyyətdəki problemləri dərindən bilməlidir ki, bunun da sayəsində QHT-lərin fəaliyyətinə ictimaiyyət arasında maraq və diqqət artacaq. İctimaiyyət bacarıqlı, savadlı kadrların QHT-lərdə fəaliyyətini gördükdə bu fəaliyyətə aktiv şəkildə qoşulacaq və ona dəstək verəcək ki, bu da vətəndaş cəmiyyətinin formalaşmasında mühüm əhəmiyyətə malikdir". R.Becanovun çıxışından sonra, SAVAŞ ictimai birliyinin sədri Nəsimi Şərəfxanlı mövzu ətrafında fikirlərini bildirib.
Quba rayonunda fəaliyyət göstərən "Yeni Media" mütəxəsislər birliyinin rəhbəri Ramin Mahmudov, Quba Bələdiyyəsinin mütəxəssisi Eldar Sübhanverdiyev, "Şəffaflıq-Azərbaycan" təşkilatının Quba regional ofisinin rəhbəri Eldar Kərimov və digərləri dialoqda aktiv iştirak edərək mövzu ətrafında fikirlərini bildiriblər. Mövcud problemlərlə yanaşı son illər ölkəmizdə QHT sektorunda inkişafa doğru əhəmiyyətli dəyişiklik baş verdiyi bildirilib.

Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40