İbrahim Nəbioğlu: “Jurnalistikamızda ən böyük problemlərdən biri xəbər oğurluğudur” - MÜSAHİBƏ
“Palmali” şirkətlər qrupunun vitse-prezidenti, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu İbrahim Nəbioğlunun APA-ya müsahibəsi
- Azərbaycana budəfəki gəlişiniz nə ilə bağlıdır?
- Azərbaycana “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovla birlikdə gəlmişəm. Bəzi görüləcək işlərimiz var idi. Biz həm də “Xəzər-Lənkəran” komandasının son oyununu izlədik və komandamız qələbə qazandı. Şirkətin prezidenti artıq Türkiyəyə qayıdıb. Mən bir neçə gün buradayam. Uzun müddət idi anamı görmürdüm. İndi axşamlar onunla bir yerdə oturub doyunca söhbət etmək imkanı qazanmışam. Anamın bişirdiyi yeməkləri dünyanın heç bir mətbəxinə dəyişmərəm...
- Necə oldu ki, Türkiyəyə getdiniz və orada çalışmağa başladınız?
- 1991-1993-cü illərdə Bakıda Azərbaycan-Türkiyə müştərək televiziya kanalı fəaliyyət göstərirdi. Mən orada baş direktor işləyirdim. O vaxt iqtidarda olan Xalq Cəbhəsi bu televiziyanın fəaliyyətinə icazə vermədi. Onlar da əşyalarını yığışdırıb getdilər. O vaxt Türkiyənin “Zaman” və “Milliyet” qəzetlərinə yazılar yazırdım. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri idi. Xarici jurnalist kimi tez-tez Heydər Əliyevin yanına gedir və ondan müsahibələr alırdım. Bu yazılar beynəlxalq mediada çox maraqla qarşılanırdı. O yazılara görə mənə çoxlu təzyiqlər oldu. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yanına getdim və Azərbaycan televiziyasının Türkiyədə müxbir postunun yaradılması ilə bağlı təklifimi söylədim. Heydər Əliyev də bu məsələnin dərhal həll edilməsi ilə bağlı göstəriş verdi və mən beləcə Türkiyəyə getdim. Yeni fəaliyyətə başlayanda bir müddət maddi və texniki problemlərlə üzləşdim. Sonra hər şey qaydasına düşdü. Türkiyədə işlədiyim dövrdə həm Azərbaycan, həm də Türkiyə mətbuatında yazılar yazmağa davam edirdim. “Panorama”, “Zerkalo”, “Avrasiya” qəzetlərinin demək olar ki, hər nömrəsində yazılarım çıxırdı. 1993-cü ildən 2003-cü ilin martına kimi Azərbaycan televiziyasının Türkiyədəki təmsilçisi oldum. 2003-cü ildə Azərbaycanın İstanbuldakı baş konsul təyin olunmamışdan iki gün əvvəl axırıncı xəbərimi BBC üçün oxumuşam. Ancaq sizə deyim ki, mən jurnalistika ilə yanaşı, elmlə də məşğul olmuşam və fizika-riyaziyyat elmləri namizədiyəm. Elmi rəhbərim Azərbaycanın ən böyük alimlərindən biri Azad Mirzəcanzadə olub.
- Baş konsul təyin olunmağınız necə baş verdi?
- Bu vəzifədə Xeyrəddin Qocanı əvəz etmişəm. O vaxt Heydər Əliyev məni Bakıya çağırdı və bu vəzifədə işləməyimi tövsiyə etdi. Bir il sonra isə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi oldum. 2006-cı ildə baş konsul vəzifəsindən çıxdıqdan sonra ciddi problemlərlə qarşılaşdım. Qızım 1-ci kursda oxuyurdu, oğlum isə ingilisdilli məktəbdə təhsil alırdı. Uşaqların təhsilini yarımçıq qoya bilməzdim.
- Problemi necə həll etdiniz?
- “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovla yaxşı münasibətlərim vardı. O, məni birgə işləməyə dəvət etdi, qəbul etdim. Hazırda bu şirkətdə vitse-prezident kimi fəaliyyət göstərirəm. Bu şirkət dünyanın ən böyük beş gəmiçilik şirkətindən biridir. Mübariz Mənsimov “Forbes” jurnalında Türkiyənin ən zəngin 7-ci adamı kimi təqdim olunub. Mən orada yeddi vitse-prezidentdən biriyəm. Əsasən şirkətin media və xarici yatırımlarına rəhbərlik edirəm. Sizə bir maraqlı faktı da deyim. “Palmali” şirkətində çalışan kişilər arasında bir nəfər də olsun əsgərlik çəkməyən adam tapa bilməzsiniz. Bizim dünyada 40 mindən çox işçimiz var. Ermənilərdən başqa dünyanın bütün millətlərindən olan adamlar bu şirkətdə işləyir.
- Konsul olmaq yaxşıdır, yoxsa şirkətdə vitse-prezident?
- Konsul vəzifəsi dövlət işidir. Burada ailənə, özünə çox vaxt ayıra bilmirsən. Şirkətdə işləmək üçün insanda menecerlik qabiliyyəti vacibdir. Biz qısa müddətdə Türkiyənin iki ən populyar radiosunu qurmuşuq. Bunlar “Pal-FM”, “Pal-Station” radiolarıdır. Bundan başqa, “Pal-xəbər” internet portalı da yaratmışıq. Biz “Pal-TV” də yaratmaq fikrindəyik. Hələlik şirkətin digər böyük layihələri reallaşdırıldığı üçün bu məsələ bir qədər sonraya qalıb. Ancaq son hadisələr göstərdi ki, Türkiyədə Azərbaycan televiziyasını açmaq əsas şərtdir.
- Hazırda hansı layihələri reallaşdırırsınız?
- İstanbulda yeddi ulduzlu “Mariott Bakı” oteli tikdiririk. Bu ilin axırına kimi həmin otelin istifadəyə verilməsi nəzərdə tutulur. Bu otel İstanbulun ilk yeddi ulduzlu oteli olacaq. Bundan başqa, dünyanın ən modern xəstəxanasının inşasını davam etdiririk.
- Həyat yoldaşınız da Türkiyənin ictimai həyatında təmsil olunur?
- Həyat yoldaşım göz həkimi olsa da, işləmir. Türkiyədə üç iş xarici vətəndaşa həvalə olunmur. Bunlardan biri vəkillik, biri həkimlik, biri isə əsgərlikdir. Bu işlər ancaq yerli vətəndaşlara həvalə olunur və qanunla tənzimlənir.
- İstanbulda eviniz varmı?
- İstanbulda ev almaq asan məsələ deyil. İndi şirkətin verdiyi evdə yaşayıram.
- Siz həm jurnalistika, həm də diplomatiya ilə məşğul olmusunuz. İndi də biznes sahəsində çalışırsınız. Bu işlərdən hansı daha maraqlıdır?
- Bunların arasında heç şübhəsiz ki, jurnalistika daha maraqlıdır. Jurnalistika ilə məşğul olanda bütün dünya informasiyasının içində olursan. Mən eyni zamanda elmi fəaliyyəti də yüksək qiymətləndirirəm. Dövlət işi elədir ki, gərək hər addımını razılaşdırasan. Burada dövlətin maraqları hər yerdə nəzərə alınmalıdır. “Palmali”də vitse-prezident olsam da, bu şirkətin sahibi Mübariz Mənsimovdur.
- İndi də yazırsınız?
- Mən baş konsul olduğum 3 il müddətində Azərbaycan və onun həqiqətləri ilə bağlı türk qəzetlərində 700-dən artıq yazı yazmışam. İndi isə boş vaxtlarımda “Vesti.az”, APA və “Lent.az” üçün yazıram. Xəbər hazırlamaq mənim üçün çox asandır. Jurnalistikada ən çətin iş müsahibə almaqdır. Türkiyədə hər qəzetin ancaq bir müsahibə alan jurnalisti var və onu Allah kimi qəbul edirlər. Bizdə isə vəziyyət tamamilə tərsinədir. Ona görə də Azərbaycan mətbuatında maraqlı müsahibəyə rast gəlinmir.
- İndiki baş konsul Səyyad Aranın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Səyyad Aran Yeni Azərbaycan Partiyasının aktiv üzvlərindən biri olub. Elə hesab edirəm ki, baş konsul kimi də öz vəzifəsini çox şərəflə yerinə yetirir.
- Azərbaycan jurnalistikasının səviyyəsini necə qiymətləndirirsiniz?
- Azərbaycan jurnalistikası istənilən səviyyədə deyil. Azərbaycan jurnalistikası bizə dövlət kimi olduqca yaxın olan Türkiyə jurnalistikasından çox-çox uzaqdadır. Azərbaycan jurnalistikasında ən böyük problemlərdən biri xəbər oğurluğudur. Bundan başqa, dünyanı tanımadan dünyadan yazmaq, peşəkarların çatışmaması, təsadüfi adamların meydanda olması da problemli məsələlərdəndir. İnternet inkişaf etsə də, internet xəbərçiliyi aşağı səviyyədədir. Türkiyədə Azərbaycan mətbuatına çox az istinad edirlər.
- Bəs güclü media orqanı yaratmağın əsas şərti nədir?
- Köhnə nəsil Azərbaycan jurnalistikası öz missiyasını yerinə yetirib. Yeni nəsil isə üzərinə heç bir missiya götürə bilmir. Olduqca az mütəxəssis var. İndiki şəraitə baxanda görürsən ki, peşəkar jurnalistlər getdikcə azalacaq. İndi Azərbaycanda adamlar əsasən biznes və tibb sahəsinə üstünlük verirlər. Yaxşı jurnalist olmaq üçün çoxlu mütaliə etmək lazımdır. Pis yaza bilərsən, ancaq yaxşı oxumalısan.

2916