4 dini qurum qeydiyyata alınmadı – SİYAHI
06 aprel 2010 12:30 (UTC +04:00)

4 dini qurum qeydiyyata alınmadı – SİYAHI

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu qurumları təkrar dövlət qeydiyyatına almaqdan imtina edib



Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir neçə dini icmanı təkrar dövlət qeydiyyatına almaqdan imtina edib.


Bu barədə APA-ya eksklüziv açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov bildirib. Komitə rəsmisi qeydiyyatından imtina olunan “Bakı Şəhər Yəhova Şahidləri”, “Bakı Şəhər Babtist” və “Bakı Şəhər Avdentist” dini icmalarının sənədlərinin qanunauyğun hazırlanmadığını deyib. Onun sözlərinə görə, artıq qeydiyyatından imtina olunan dini icmalara rəsmi məktub da göndərilib.


G.İsmayılov buna qədər isə “Fatimeyi Zəhra” Dini İcmasının da qeydiyyatından imtina edildiyini xatırladıb: “Yəni dini icmaların təkrar qeydiyyata alınması prosesində cəmi adları çəkilən dörd icmanın qeydiyyata alınmasından imtina olunub. Qeydiyyata alınma prosesi isə sürətlə davam edir. İndiyə kimi 252 dini icma təkrar dövlət qeydiyyatına alınıb. Qeydiyyat üçün müraciət edən icmaların sayı isə artıq 780-ə çatıb. Yaxın günlərdə daha bir qrup din icma dövlət qeydiyyatına alınacaq”.
# 503

Oxşar yazılar