Hava kəskin soyuyacaq
07 dekabr 2012 17:04 (UTC +04:00)

Hava kəskin soyuyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 8-də nisbətən sabit, mülayim hava şəraiti davam edəcək. Dekabrın 9-10-da isə şimal küləyinin arabir güclənəcəyi, temperaturun ötən günlərə nisbətən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir .
# 5690

Oxşar yazılar