Səbaildə əlil uşaqların iştirakı ilə tədbir keçirilib
Bu gün 3 dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən əlil uşaqlar üçün tədbir təşkil edilib. Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, tədbirdə rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA əlil uşaqlar təşkilatının üzvləri, Saray qəsəbəsindəki uşaq evində tərbiyə alan, 219 saylı evdə məktəbdə təhsil alan əlil uşaqlar - ümumilikdə 150-dən çox əlil iştirak edib. “Şərq saray” şadlıq sarayında keçirilən tədbir əlil uşaqların sevincinə səbəb olub.
Tədbir iştirakçılarını salamlayan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, rayonda 2514 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar var. A.Əsgərov bildirib ki, əlil vətəndaşla və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, bu il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunmuş, 2 nəfərə əlil arabası verilib, 10-dan çox əlilin cərrahiyyə əməliyyatı olunmasına köməklik göstərilib, uşaqlar üçün təşkil olunan tədbirlərdə əlil uşaqların da iştirakı təmin olunub.
Sonda incəsənət ustaları əlil uşaqların qarşısında çıxış ediblər.

1372