Sabirabadda kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB
26 iyul 2025 17:30 (UTC +04:00)

Sabirabadda kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Sabirabad rayonunda su kanalında batan gəncin meyiti tapılıb.

Lent.az APA-ya istinadla bildirir ki, Qaragüney kənd sakini, 20 yaşlı Musayev Səfərağa Elşən oğlunun boğulduğu kanala Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində suda boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda tapılıb, bu gün saat 16 radələrində aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***
25 iyul, saat: 14:50

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonu, Qaragüney kəndində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.

Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110

Oxşar yazılar