Məktəblərdə daha çox vakant yerlər regionların payına düşür
17 noyabr 2012 18:21 (UTC +04:00)

Məktəblərdə daha çox vakant yerlər regionların payına düşür

2012-2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində 3270 vakant yer müəyyənləşdirilib. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Vakant yerlərin 293-ü Bakı şəhərində, 2977-si respublikanın digər şəhər və rayonlarında olub. Peşə liseyləri üzrə isə 48 vakant yer olub.

Ümumilikdə, 3270 vakant yerə işə qəbul üçün 16195 nəfər elektron ərizə verib, onların ərizələrindəki məlumatlar əsasında müvafiq təhlil aparılıb, nəticədə 15467 nəfərin ərizəsi təsdiqlənib. 728 ərizə işə qəbul üzrə reqlamentin tələblərinə uyğun gəlmədiyi üçün ləğv edilib. İmtahanların nəticələrinə görə, seçdiyi yerə qəbul olanların sayı 2797 nəfər olub.
# 1036

Oxşar yazılar