Gənclərin festivalı başlayır
13 noyabr 2012 19:14 (UTC +04:00)

Gənclərin festivalı başlayır

Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan – Amerika Alyansının dəstək verdiyi Gənclərin II Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, ekologiya, ətraf mühitin mühafizəsi mövzusuna həsr edilən festivalın qiymətləndirmə mərhələsi Dövlət Gənc Tamaşaçılar Teatrında noyabrın 27-dən dekabrın 1-dək davam edəcək.

Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində seçim aparılıb. 8 Bakı, habelə Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab truppalarının iştirak etdiyi festivala ümumilikdə 100-dən artıq gənc qatılaraq, 13 maraqlı, aktual mövzulu tamaşalar hazırlanıb.

“Zibil düşüncə”, “13 yaşlı qızın gündəliyi”, “Eqosit”, “Qoy nəfəs alım”, ”Zibilə düşdük”, “Oksigen balonu” və s tamaşalarla 4 gün ərzində tamaşaçıları, xüsusən də gənc auditoriyanı teatra səsləyəcək festival zamanı tanınmış sənət adamlarının iştirakı ilə ustad-dərslərin yer aldığı və həyəcanla gözlənilən 3 günlük Art Kamp keçiriləcək.

Tədbirdə Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan – Amerika Alyansı, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları, həmçinin QH və ictimaiyyət nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyevdir. Layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.

Jalə
# 722

Oxşar yazılar

Zaqatalaya dolu yağdı  - FAKTİKİ HAVA

Zaqatalaya dolu yağdı - FAKTİKİ HAVA

21 may 2024 , 16:35
Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

21 may 2024 , 16:33
Hindistanda  anomal   istilər - FOTOLENT

Hindistanda anomal istilər - FOTOLENT

21 may 2024 , 16:11
Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşları qəbul etdi

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşları qəbul etdi

21 may 2024 , 16:02
Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

21 may 2024 , 15:46
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 may 2024 , 15:38
Azərbaycanda məktəb direktoru işdən QOVULDU

Azərbaycanda məktəb direktoru işdən QOVULDU

21 may 2024 , 15:09
Qədim dünyada qadınlar  - Rezonanslı ARAŞDIRMA

Qədim dünyada qadınlar - Rezonanslı ARAŞDIRMA

21 may 2024 , 14:32