Şamaxıda 30 ev uçub-dağılır
08 noyabr 2012 23:05 (UTC +04:00)

Şamaxıda 30 ev uçub-dağılır

Şamaxı rayonunun Meysərli kəndində 30 ev qəzalı vəziyyətə düşüb.

APA-nın Aran bürosunun xəbərinə görə, son günlər yağan intensiv yağışlar nəticəsində kənddə bəzi ərazilərdə sürüşmə baş verib və evlərin zirzəmisi su ilə dolub.

Kənd sakinlərinin bildirdiyinə görə, 30 ev qəzalı vəziyyətə düşüb, bir neçə evi isə sakinlər tərk etməli olublar.

Daha çox kərpicdən tikilmiş evlərdə çökmə baş verib.

Məsələ ilə bağlı kənd sakinləri rayon fövqaladə hallar komissiyasına məlumat veriblər.
# 1632

Oxşar yazılar