Azərbaycanda yerdaxili gərginlik ölçülür
18 oktyabr 2012 13:05 (UTC +04:00)

Azərbaycanda yerdaxili gərginlik ölçülür

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, ölçmələrə son günlər seysmik aktivliyin yüksək olduğu Balakən rayonundan start verilib. Ərazidə RSXM-nın maqnitometriya şöbəsinin geofizikləri profillər üzrə ölçmələr aparıblar: “Ölçmələr hər bir rayon üzrə yerdaxili gərginliyin hansı vəziyyətdə olması ilə bağlı dəqiq məlumat əldə etməyə imkan verəcək. Ölçmələr bu gün Zaqatala rayonu ərazisində aparılacaq və Abşerona qədər hər bir rayon üzrə davam etdiriləcək. Daha sonra isə ölçmələr Azərbaycanın cənub rayonlarında aparılacaq”.


Q. Yetirmişli deyib ki, Balakəndə seysmik gərginlik davam etməkdədir. Oktyabrın 14-dən bu günə qədər zəlzələ ocağında 78 təkan qeydə alınıb.
# 1094

Oxşar yazılar