Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə dəyişdi
16 oktyabr 2012 13:15 (UTC +04:00)

Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə dəyişdi

Bu gün Milli məclisdə Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Lent.az-ın verdiyi məlumata görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, dəyişiklik miqrasiya orqanlarına işə qəbulun müsabiqə və müsahibə əsasında aparılmasını əhatə edir.

O qeyd edib ki, dəyişikliklərə görə, kiçik dövlət qulluqçuları müsabiqə olmadan müsahibədən keçməklə də miqarsyia orqanlarına qəbul oluna biləcəklər.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110

Oxşar yazılar