İlin sonuna kimi mobil elektron imzaların verilməsinə başlanacaq
09 oktyabr 2012 14:05 (UTC +04:00)

İlin sonuna kimi mobil elektron imzaların verilməsinə başlanacaq

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Nazir müavini qeyd edib ki, hazırda bunun üzərində işlər gedir və şirkətlərlə təkliflər hazırlanır: “Həm məlumat hesablama mərkəzlərində və mobil operatorlarda zəruri avadanlıqlar quraşdırılacaq. Bu ilin sonuna kimi bu iş həyata keçiriləcək”.

İ. Məmmədov onu da qeyd edib ki, hansı elektron xidmətlərdən istifadə etmək mümkün olursa, bu mobil vasitə ilə bu həyata keçiriləcək. Hazırda elektron xidmət vasitəsilə 200-ə qədər xidmət göstərilməsi mümkündür. “Ümumilikdə ölkədə təsdiq olunan elektron xidmətlərin sayı isə 400-ə qədərdir və bu yaxınlarda hamısı fəaliyyətə başlayacaq. Bütün bu xidmətlərin mobil vasitəsi ilə daxil olub istifadə etmək mümkün olacaq” - deyə, nazir müavini əlavə edib.

Anar Məcidzadə
# 1006

Oxşar yazılar