Dərsliklərin monitorinqi ilə bağlı qaydalar hazırlanır
08 oktyabr 2012 19:15 (UTC +04:00)

Dərsliklərin monitorinqi ilə bağlı qaydalar hazırlanır

“Bildiyiniz kimi, TQDK-da dərsliklərin monitorinqi şöbəsi yaradılıb. Bu şöbə dərsliklər üzərində monitorinqlər keçirəcək”. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

E. Nağızadənin sözlərinə görə, monitorinqlə bağlı qaydalar hazırlanır. “Təhsil Nazirliyi monitorinq üçün orta məktəb dərsliklərini TQDK-ya təqdim edib” - deyə, mətbuat katibi əlavə edib.

Anar Məcidzadə
# 615

Oxşar yazılar