Səbail rayonunda Beynəlxalq Müəllim günü qeyd olundu - FOTO
Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibəti ilə tədbir keçirilib. RİH mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda çıxış edən RİH başçısı Asif Əsgərov respublikada tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verib. Bildirib ki, ötən iki ildə Beynəlxalq Müəllim günü ərəfəsində rayonun orta təhsil müəssisələrinin müəllimlərindən 3 nəfər “Tərəqqi” medalına layiq görülüb, 4 nəfərə “Əməkdar müəllim” adı verilib.
Səbail rayonunun 189 saylı orta məktəbi 2011/2012-ci tədris ilində keçirilən “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin, rayonun 11 nəfər müəllimi isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri sırasında olub. 2011-2012-ci təhsil ilinin yekununa görə 11 məzun qızıl medala layiq görülüb.
Keçən tədris ilində rayonun orta məktəblərini 1448 nəfər bitirib, onlardan 915 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 173 nəfəri 500-dən yuxarı, 41 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunların 87 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub. Məzunlardan 3 nəfəri Prezident təqaüdünə layiq görülüb.
Tədbirdə rayonun bir qrup qabaqcıl təhsil işçisinə rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub.
Jalə

Oxşar yazılar

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır
22 aprel 2025 , 00:02
SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək
21 aprel 2025 , 18:38
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
21 aprel 2025 , 18:13Sabahın tibbi-meteoroloji PROQNOZU
21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?
21 aprel 2025 , 16:50