Azad Rəhimov Sankt Peterburqda - FOTO
Rusiyanın Sankt-Peterburq şəhərində Avropa Şurasının Gənclərə məsul Nazirlərin IX Konfransı keçirilir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Konfransın açılışında Avropa Şurasının baş katibinin müavini Gabriela Battaini-Draqoni, Rusiya Federasiyasının təhsil və elm naziri Dmitriy Livanov və digər rəsmi şəxslər çıxış ediblər. Açılışda A.Rəhimov D.Livanovun konfransın sədr seçilməsini təklif edib və bu təklif iştirakçılar tərəfindən qəbul olunub.
Sonra gənclər siyasətində tanınmış alim, eləcə də BMT-nin Baş Katibinin xüsusi nümayəndəsi olmuş Ad Melkert əsas məruzə ilə çıxış edib. Məruzədən sonra gənclər və idman naziri cənab Azad Rəhimova söz verilib, o da öz növbəsində məruzəyə dair öz fikirlərini bildirib, Azərbaycanda gənclər siyasətində həyata keçirilən yeniliklər və nailiyyətlər haqqında iştirakçılara məlumat verib.
Konfransda gənclər tərəfindən müzakirələr zamanı irəli sürülmüş yekun təkliflər toplusu nümayiş olunub.
Tədbirin ikinci hissəsi üç işçi qrupunda davam etdiriləcək. Burada A.Rəhimov “Fərqli cəmiyyətlərdə birgə yaşayış” mövzusunda işçi qrupunun həmsədri olacaq və mövzu ətrafında çıxış edəcək.
Qeyd edək ki, konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Gənclər Təşkilatları Mərkəzi Şurasının sədri Şahin Seyidzadə, sədr müavini Mirhəsən Seyidov və Azərbaycan Dövlət İqtisad Universitetin Tələbə Gənclər Təşkilatının sədri Nərgiz Hüseynova daxildir.

1664