
ANS-ə növbəti xəbərdarlıq
Sentyabrın 24-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, iclasda “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. 21.09.2012-ci il tarixdə, saat 17:00-19:00 intervalında ANS televiziyasının efirində yayımlanan “İkinci həyat” verilişində “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.7, 2.8-ci bəndlərinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən, “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.
Oxşar yazılar

Dəfn zamanı ölənin alnından öpmək təhlükəlidir – XƏBƏRDARLIQ
2 avqust 2025 , 14:25Sabah çimərliklərdə suyun temperaturu çox yüksək olacaq - PROQNOZ
2 avqust 2025 , 13:23
Sabah da 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
2 avqust 2025 , 12:05
Yer üzündə gün qısaldı: ciddi nəticələr barədə XƏBƏRDARLIQ
2 avqust 2025 , 11:11
Bakıda hazırda 38 dərəcə isti var - FAKTİKİ HAVA
2 avqust 2025 , 11:02
Avqust bu BÜRCLƏRƏ sərvət və uğur gətirəcək: siyahıda kimlər var?
2 avqust 2025 , 09:09
Avqustda işdə şanslı olacaq BÜRCLƏR
2 avqust 2025 , 00:02