Bakıda qanunsuz istehsal olunan “Halal” kolbasası aşkarlandı –
Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ünvanında fəaliyyət göstərən “Azərdad” MMC-də “Dadlı” nişanlı kolbasa və sosiska məmulatlarının istehsalına aparılan monitorinq zamanı bəlli olub ki, müəssisənin sanitar vəziyyəti qeyri-qənaətbəxşdir. Belə ki, xammalların saxlanma anbarı, istehsal sahəsi, hazır məhsulların saxlanma soyuducusu, müxtəlif ədviyyatların saxlandığı anbar sanitariya normalarına cavab vermir. Bundan başqa, müəssisə AZS 088-2003, AZS 100-2003, AZS 104-2003 və AZS 117-2004 standartlarının tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunan texnoloji təlimat olmadan fəaliyyət göstərir. Həmçinin istehsal olunan məhsulların mövcud resepturaya əməl olunmadan hazırlandığı müəyyən olunub. Belə ki, kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artırmaq məqsədilə soyadan, toyuq dərisindən və s. istifadə olunur.
Məhsulların markalanması normativ sənədlərin tələbinə cavab vermir. Belə ki, etiketlərdə məhsul istehsalında kərə yağından istifadə olunduğu qeyd olunsa da faktiki kərə yağında istifadə olunmur. Araşdırma zamanı müəssisənin anbarında yararlılıq müddəti bitmiş 1/1000 qr olan 110 ədəd duz və 1/25 kq olan Çin istehsalı olan sodium benzonat aşkar edilərək aktlaşdırılıb. Həmçinin yoxlanılan yarım hisə verilmiş “Poltovskaya” və bişmiş hisə verilmiş “Servelat Halal” kolbasalarının təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal olunduğu müəyyən olunub. Müəssisədə mövcud normativ sənəd AZS 372-2012 “Halal” ət məhsullarının istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər” standartının tələbinə uyğun olaraq “Halal” kolbasa məmulatlarının istehsalı üçün lazımi şərait yoxdur. Belə ki, müəssisənin istehsal etdiyi “Halal” kolbasası digər məhsullarla eyni sexdə istehsal edilir.
Aşkar olunmuş bu və digər nöqsanlara görə “Azərdad” MMC-də kolbasa və sosiska məmulatlarının istehsalı və satışı qadağan edilib.

Oxşar yazılar

Bu BÜRCLƏR üçün pul axını açılacaq: Şanslılar kimlərdir?
19 avqust 2025 , 00:02
Enerjili qalmaq üçün həftə ərzində yeyilməli 10 QİDA
18 avqust 2025 , 19:34
Hər bürc üçün həftənin ən şanslı günü
18 avqust 2025 , 18:24
Bakıda bu körpü 10 günlük bağlanır
18 avqust 2025 , 17:17
Azərbaycanda heyvanlar üçün satılan SAXTA YEMLƏR - ARAŞDIRMA
18 avqust 2025 , 17:09
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
18 avqust 2025 , 15:43
Milli-mənəvi DƏYƏRLƏRİ təhqir edənləri hansı cəza gözləyir?
18 avqust 2025 , 15:08