Metronun 5 stansiyası yenidən bağlanacaq
Yeni - Bənövşəyi xəttin tikinti işləri ilə əlaqədar Bakı Metropoliteninin «20 Yanvar-Dərnəgül» sahəsi sentyabrın 6-sı saat 22:00-dan sentyabrın 10-u saat 06:00-a qədər bağlanacaq. Metropolitendən Lent.az-a verilən məlumata görə, həmin müddət ərzində «20 Yanvar-Dərnəgül» və əks istiqamətdə, qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların («20 Yanvar», «Memar Əcəmi», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül») xidmətindən istifadə edə bilməyəcəklər.
Həmin müddət ərzində qeyd olunan istqamətlərdə hərəkət etmək üçün sərnişinlərdən digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur. Bu müddət ərzində Bakı Metropoliteninin qatarları «Həzi Aslanov-İçərişəhər» və «Həzi Aslanov-İnşaatçılar» istiqamətlərində və əksinə olmaqla hərəkət edəcək.
Bakı Metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Oxşar yazılar

Güclü maqnit qasırğası yaxınlaşır: hansı günlər təhlükəli olacaq
8 avqust 2025 , 16:01
Küləklə bağlı XƏBƏRDARLIQ
8 avqust 2025 , 15:23
Bu tarixlərdə doğulan insanlar yaxşı şərab kimi qocalırlar
8 avqust 2025 , 15:03
Çimərliklərin havası AÇIQLANDI
8 avqust 2025 , 14:20
Azərbaycanda ayı 1500 manata uşaq bağçası: yeməklərin keyfiyyəti və təhsilin səviyyəsi - ARAŞDIRMA
8 avqust 2025 , 14:06
Mama-ginekoloqa görə bu klinika cəzalandırıldı
8 avqust 2025 , 12:56
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
8 avqust 2025 , 12:32