Peşə-ixtisas məktəblərinə şagird qəbuluna başlanılıb
16 avqust 2012 18:52 (UTC +04:00)

Peşə-ixtisas məktəblərinə şagird qəbuluna başlanılıb

2012-2013-cü tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələri üzrə şagird qəbuluna başlanılıb. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a məlumat verilib.

Sənəd qəbulu avqustun 15-dən 31-dək, şagirdlərin seçim prosesi isə sentyabrın 1-dən 10-dək davam edəcək. Növbəti tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələri üzrə şagird qəbulu planı ümumilikdə 20380 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 17660 nəfər, ödənişli əsaslarla 2720 nəfər olacaq. Buraxılış planının isə 13238 nəfər, o cümlədən ödənişli əsaslarla 1950 nəfər olacağı proqnozlaşdırılır.

Onu da qeyd edək ki, Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (24, 126, 144, 72, nömrəli texniki peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılması qərara alınıb.
# 1454

Oxşar yazılar