TQDK-dan abituriyentlərə xəbərdarlıq
16 avqust 2012 12:09 (UTC +04:00)

TQDK-dan abituriyentlərə xəbərdarlıq

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaq. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Komissiyadan verilən məlumda qeyd olunur ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. Həmin vaxta qədər ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni təsdiqləməlidirlər. Avqustun 17-18-də ali məktəblərə yerləşdirmənin nəticələri açıqlanacaq. Bu ayın 22-dən 31-dək ali məktəblərə qeydiyyat aparılacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 7-dən internet vasitəsilə ixtisas seçimi aparırlar.

Anar
# 3339

Oxşar yazılar