Bu gün 42 dərəcə isti olacaq
15 avqust 2012 11:11 (UTC +04:00)

Bu gün 42 dərəcə isti olacaq

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu 36-38, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəldikdə isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 36-39, bəzi yerlərdə 42, dağlarda 29-34 dərəcə isti olacaq.
# 1536

Oxşar yazılar