Silahlı Qüvvələrimizin 96-cı ildönümü Brüsseldə qeyd edilib
20 iyun 2014 22:34 (UTC +04:00)

Silahlı Qüvvələrimizin 96-cı ildönümü Brüsseldə qeyd edilib

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümünün qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi və Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi Brüssel şəhərində NATO Mənzil Qərargahında rəsmi qəbul keçirib.

 

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbirdə NATO-ya üzv və tərəfdaş dövlətlərin səfirləri və diplomatik korpusun digər üzvləri, hərbi nümayəndələri,  NATO-nun Beynəlxalq Katibliyi, Hərbi Komitəsi və Beynəlxalq Hərbi Qərargahının əməkdaşları, İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanında Daimi Müşahidəçi Missiyasının rəhbəri, Azərbaycanın Belçikadakı Səfirliyinin əməkdaşları  və Azərbaycan diasporasının nümayəndələri iştirak edib.

 

Qəbul zamanı Azərbaycana dair təbliğat materialları nümayiş etdirilib və qonaqlara milli mətbəxin nümunələri təqdim olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665

Oxşar yazılar