İndiyədək parlament seçkilərinə Yeni Azərbaycan Partiyasından 115 nəfərin namizədliyi irəli sürülüb.
Lent.az-ın məlumatına görə, bu barədə YAP-ın icra katibinin müavini Səyavuş Novruzov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, YAP-ın irəli sürdüyü 115 namizəddən 113-ü Dairə Seçki Komissiyalarında qeydiyyata alınıb. 2 nəfər isə qeydiyyata alınmayıb. S.Novruzov deyib ki, qeydiyyata alınmayanların əvəzinə əlavə namizədlərin irəli sürülməsinə ehtiyac yoxdur.
İcra katibinin müavini bəzi namizədlərin seçkilərlə bağlı üzləşdiyi problemlərə münasibət bildirib. O qeyd edib ki, bu məlumatların heç bir əsası yoxdur. Sadəcə, hansısa namizədlər lazım olan arayışları ala bilməyən kimi dərhal bu barədə qəzetlərə, mətbuata açıqlamalar verirlər: “Hansı ki, o adamlar 30 gün ərzində imza toplaya bilməyiblər”.
S.Novruzov onu da bildirib ki, YAP öz namizədlərinin təşviqat prosesini təşviqat dövründə mərkəzləşdirilmiş qaydada maliyyələşdirəcək.
Elxan Salahov

Səyavuş Novruzov: “YAP-ın 2 namizədi qeydə alınmayıb”
Oxşar yazılar

Azərbaycan ərazisinə keçən iki erməni ölkəsinə qaytarıldı
6 iyun 2025 , 22:27
Pezeşkian İlham Əliyevə zəng etdi
4 iyun 2025 , 22:07
Suriyadan Azərbaycana daha 13 nəfər gətirildi
4 iyun 2025 , 17:08
"Hörümçək toru" əməliyyatından sonra Kreml nəyi gizlədir? – Detallar AÇIQLANIR
4 iyun 2025 , 12:34
Jurnalistlərin şəhid olmasından 4 il ötür
4 iyun 2025 , 10:33
Paşinyanın İrəvandakı mənzili 110 min dollara satıldı
4 iyun 2025 , 10:30
Azərbaycan və Ermənistan tərəfi itkinlərlə bağlı görüş keçirdi
4 iyun 2025 , 10:04