İlham Əliyev Estoniyanın keçmiş prezidentini qəbul edib
01 oktyabr 2014 13:48 (UTC +04:00)

İlham Əliyev Estoniyanın keçmiş prezidentini qəbul edib

Prezident İlham Əliyev Estoniyanın keçmiş prezidenti Arnold Rüüteli qəbul edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun yaxşı ənənə halı aldığını və tədbirə marağın ildən-ilə artdığını qeyd edib. Prezident İlham Əliyev bu il Forumda dünyanın 60 ölkəsindən dövlət xadimi və alimlərdən ibarət çoxlu nümayəndə heyətinin iştirak edəcəyini vurğulayaraq Bakı Humanitar Forumunun artıq mühüm beynəlxalq hadisəyə çevrildiyini deyib.


Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını bildirən Arnold Rüütel tədbirin dünyanın müxtəlif ölkələrinin və xalqlarının geniş dairəsini əhatə etməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Forumun hər il yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edən qonaq tədbirin mühüm əhəmiyyət daşıdığını deyib.

Prezident həmçinin İtaliyanın keçmiş Baş naziri, Tədqiqat və Qanunvericilik Agentliyinin baş katibi Enriko Lettanı da qəbul edib. Dövlət başçısının İtaliyaya uğurlu səfərini maraqla izlədiyini deyən Enriko Letta ölkəmizin İtaliyada həyata keçirdiyi humanitar layihələrin əhəmiyyətini vurğulayıb.


Prezident İlham Əliyev İtaliyaya səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, səfər zamanı ölkələrimiz arasında qəbul olunan strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin önəmini vurğulayıb.


Görüşdə Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışılıb, ölkələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində Forumun önəmi qeyd olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar