Oqtay Əsədov Sabir Rüstəmxanlını populizmdə günahlandırdı
14 may 2013 12:50 (UTC +04:00)

Oqtay Əsədov Sabir Rüstəmxanlını populizmdə günahlandırdı

Bu gün Milli Məclisin iclasında millət vəkili Sabir Rüstəmxanlı həmkarlarını Cənubi Azərbaycanda soydaşlarımızın hüquqlarının müdafiəsi sahəsində cəsarətsizlikdə günahlandırıb. 

 

Lent.az-ın verdiyi məlumata görə, Sabir Rüstəmxanlı güneyli gənclərin Azərbaycanda təhsili sahəsində də ciddi problemlər olduğunu söyləyib. 

 

O, çıxışında azərbaycanlı alim Xalidə Xalidin həbsinə də toxunub və Azərbaycan dövlətini onun azadlığa çıxması üçün daha ciddi səylər göstərməyə çağırıb. 

 

Spiker Oqtay Əsədov isə Sabir Rüstəmxanlını populizmdə günahlandırıb: “Siz Dünya Azərbaycalıları Konqresinin sədrisiniz, bu məsələlər barədə danışırsınız. Azərbaycan dövləti bir istiqamətdə mübarizə aparır. Hamı populist çıxışlar etməyə, siyasi məsələlərə dərindən baxmır”.

 

# 986
avatar

Oxşar yazılar