Müsavat Partiyası yenə yer istəyir
27 noyabr 2013 14:41 (UTC +04:00)

Müsavat Partiyası yenə yer istəyir

Müsavat Partiyası qurultay keçirmək üçün müvafiq yer ayrılması ilə bağlı həftə ərzində Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edəcək.

 

Bu barədə Lent.az-a açıqlamasında Müsavat başqanının müavini Mehman Cavadoğlu məlumat verib.

 

M.Cavadoğlu bildirib ki, partiyanın qurultayında 1000 nəfərə yaxın şəxsin iştirakı nəzərdə tutulub, buna görə də BŞİH-dən bu saya uyğun yer ayrılmasını istəyirlər: “Bizim 700-dən çox qurultay üzvümüz var. Eyni zamanda 300-ə yaxın da qonağımız olacaq. Bu baxımdan, icra hakimiyyətindən bu qədər şəxsin rahat yerləşə biləcəyi və normal iş şəraitinin olduğu yer verilməsini istəmişik”.

 

Müsavat başqanının müavini qeyd edib ki, BŞİH-ə məktublarında Respublika sarayı və ya Opera və Balet Teatrının binasında qurultay keçirmələrinə şərait yaradılmasını istədiklərini bildiriblər. M.Cavadoğlu, həmçinin, deyib ki, adı çəkilən yerlər olmasa da, qurultay keçirmək üçün uyğun şəraiti olan istənilən yerdə qurultaylarını keçirmək niyyətindədirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar