Bakı Şəhər Baş polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 29-da saat 14:25 radələrində H.Cavid prospekti 506-cı məhəllədə yerləşən Respublika İncəsənət Gimnaziyasının xidməti otağına naməlum şəxs 3-4 dəfə zəng edərək bomba qoyulması haqqında məlumat verib. Lakin yoxlama zamanı fakt təsdiqini tapmayıb.
Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin və Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, zəng vuran gimnaziyanın 7-ci sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda tutulan “terrorçu” gimnaziya şagirdiymiş
1332