Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Emin Zabit oğlu və onun həyat yoldaşı Ukrayna vətəndaşı Mahmudova Lyudmilanın yetkinlik yaşına çatmayan 3 övladı - 26.04.2007-ci il təvəllüdlü Mahmudova Renata Eminovna, 04.11.2010-cu il təvəllüdlü Mahmudov David Eminoviç və 10.12.2017-ci il təvəllüdlü Mahmudova Dayana Eminovna cari ilin 5 may tarixində Azərbaycana təxliyə ediliblər.
XİN-dən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar valideynləri həlak olduqdan sonra tanışları tərəfindən Rusiya Federasiyası ərazisinə keçirilmişdirlər.
Uşaqların Azərbaycan Respublikasına repatriasiya edilməsi üçün Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən əlaqələndirilmiş qaydada bir sıra zəruri tədbirlər, o cümlədən uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və qəyyumun təyin edilməsi həyata keçirilib.
Daha sonra, məsələ ilə bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən lazımi hüquqi yardım göstərilib, uşaqların ölkəmizə gəlmələri üçün onlar qayıdış şəhadətnamələri rəsmiləşdirilib və Azərbaycana gətirilmələri üçün addımlar atılıb.
Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan Respublikasının Hökumətinin dəstəyi ilə uşaqlara lazımi hüquqi, tibbi, sosial və psixoloji yardım göstəriləcək və qəyyum ailəyə verildikdən sonra sosial-reabilitasiya işi davam etdiriləcək.

Valideynləri Ukraynada həlak olan uşaqlar Azərbaycana gətirildi

Oxşar yazılar

Prezidentdən Silahlı Qüvvələr Günü münasibəti ilə PAYLAŞIM
25 iyun 2022 , 21:29
Bu hərbi qulluqçulara ali hərbi rütbələr, ordenlər verildi - SƏRƏNCAM
25 iyun 2022 , 13:58
Ermənilərin Rusiyanın informasiya məkanında Azərbaycana qarşı fəaliyyətinə zərbə
25 iyun 2022 , 13:45Azərbaycanın səfiri Co Baydenlə görüşdü
25 iyun 2022 , 03:15
Mehriban Əliyeva idmançıları təbrik etdi
24 iyun 2022 , 19:07Baydendən 907-ci düzəlişlə bağlı QƏRAR
24 iyun 2022 , 17:29
Ərdoğan azərbaycanlı yanğınsöndürənlərlə GÖRÜŞDÜ - FOTO
24 iyun 2022 , 15:20