Suriyadan 16 nəfər  Azərbaycana gətirildi
24 noyabr 2022 22:57 (UTC +04:00)

Suriyadan 16 nəfər Azərbaycana gətirildi

24 noyabr 2022-ci il tarixində Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 16 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Lent.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat idarəsi məlumat yayıb.

13 nəfəri uşaq və 3 nəfəri qadın olan repatriantların ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində baş tutub. Onların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edildikdən sonra Türkiyə Respublikası ərazisindən tranzit keçidinə nail olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam olunub, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin edilib.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilib. 24 noyabr 2022-ci ildə isə nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, bu günədək İraq və Suriyadan 380 uşaq və 29 qadın olmaqla cəmi 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib.

# 1311
avatar

Oxşar yazılar

İranda küçələrə Rəsulzadənin şəkilləri   vuruldu - FOTO

İranda küçələrə Rəsulzadənin şəkilləri vuruldu - FOTO

31 yanvar 2023 , 18:04
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 139 il ötür

31 yanvar 2023 , 00:05
 NATO-nun generalı   Çexiyanın yeni prezidenti oldu –  Onu TANI

NATO-nun generalı Çexiyanın yeni prezidenti oldu – Onu TANI

30 yanvar 2023 , 20:15
VESTİ.AZ:  “Erməni cəmiyyətində şir defisiti və çaqqal bolluğu”

VESTİ.AZ: “Erməni cəmiyyətində şir defisiti və çaqqal bolluğu”

30 yanvar 2023 , 17:40
İçimizdəki iranbaşlar

İçimizdəki iranbaşlar

30 yanvar 2023 , 15:53
Şaxtalı gecələri küçədə yatan azərbaycanlılar - İran vətəndaşlarına niyə sahib çıxmır?

Şaxtalı gecələri küçədə yatan azərbaycanlılar - İran vətəndaşlarına niyə sahib çıxmır?

30 yanvar 2023 , 14:14
Bir sıra ölkələr İrandakı səfirliklərini bağlamaq istəyir

Bir sıra ölkələr İrandakı səfirliklərini bağlamaq istəyir

30 yanvar 2023 , 12:45
Nazirlər Orxan Əsgərovun dəfnində - FOTO

Nazirlər Orxan Əsgərovun dəfnində - FOTO

30 yanvar 2023 , 12:24