Seçkilərdə İstanbulun  bələdiyyə başqanı   seçiləcəyini söylədi: Astroloqun proqnozu  səhv çıxdı
30 aprel 2024 18:55 (UTC +04:00)

Seçkilərdə İstanbulun bələdiyyə başqanı seçiləcəyini söylədi: Astroloqun proqnozu səhv çıxdı

31 mart bələdiyyə seçkiləri öncəsi İstanbulda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Murat Kurumun seçkini qazanacağını deyən astroloq Nuray Sayarı, Kurumun doğum məlumatının komandası tərəfindən yanlış verildiyini açıqlayıb.

Lent.az Türkiyə mediasına istinadən bildirir ki, 31 Mart bələdiyyə seçkiləri öncəsi qatıldığı televiziya proqramında “Xəritələri birləşdirəndə görürəm ki, Murat Kurum qazanacaq, Əkrəm İmamoğlu uduzacaq” deyən astroloq Nuray Sayarı seçki nəticələrindən sonra üzr istəyib.

Astroloq Nuray Sayarının proqnozu səhv çıxıb və ictimaiyyətin reaksiyasına səbəb olub. Sayarı məsələ ilə bağlı açıqlama verib.

Çiğdem Akmanın eyniadlı “YouTube” kanalında qonaq olan astroloq Nuray Sayarı seçki öncəsi proqnozunun niyə yanlış olduğunu aşağıdakı açıqlamalarla cavablandırıb:

"Mənə verilən doğum məlumatındakı səhvə görə Murat Kurumun qalib gələcəyini gördüm, lakin sonradan məlum oldu ki, doğum saatı səhvdir. Komandam var, onu mənim üçün hazırlayıblar".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3000
avatar

Oxşar yazılar