Qarabağdan köçmüş ermənilərlə görüşdü, azərbaycanlı qaçqınlarla görüşdən imtina etdi - Alman "dürüstlüyü"
04 noyabr 2023 23:24 (UTC +04:00)

Qarabağdan köçmüş ermənilərlə görüşdü, azərbaycanlı qaçqınlarla görüşdən imtina etdi - Alman "dürüstlüyü"

Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı XİN-də mətbuat konfransında yalan açıqlama ilə çıxış edib.

Lent.az APA-ya istinadən xəbər verir ki, xanım nazir Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə Real Televiziyasının müxbirinin sualına yanlış və yalan dolu cavab verməklə kifayətlənib.

Alman nazir əvvəlcə suala cavab verərkən  Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir edib,  Azərbaycanın xarici işlər nazirinin sualın mahiyyətini xatırlatmasından sonra isə, bu gün Bakıda Ermənistandan köçmüş şəxslərlə görüş keçirdiyini bildirib.

APA öz mənbələri ilə dəqiqləşdirib ki, Almaniyanın xarici işlər naziri Bakının "Mənzərə" restoranında vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edirmiş.

Əldə etdiyimiz məlumata əsasən, Almaniya nazirinə qaçqın və məcburi köçkünlərlə görüş üçün təklifi verilsə də, o, bu görüşdən imtina edib.

Zəruri qeydlə vurğulamalıyıq ki, Almaniya nazirinin Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin 30 ildən artıq davam etmiş əzab-əziyyətini anlamaq üçün onlarla görüş vacib idi və bu kimi yalan açıqlamalar Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinə müsbət təsir etmir.

# 3789
avatar

Oxşar yazılar