Putinin “sağ əli”nin türk dilində danışdığını  bilirdiniz?
23 dekabr 2024 12:11 (UTC +04:00)

Putinin “sağ əli”nin türk dilində danışdığını bilirdiniz?

 

Dmitri Peskov prezident Vladimir Putinin sağ əlidir. 2012-ci ildən o, siyasətçini mətbuat katibi kimi müşayiət edir, xaricdə “Kremlin səsi” ləqəbi ilə tanınır. Peskovun ixtisası “tarixçi-şərqşünas, referent-tərcüməçi”dir.

Lent.az-ın məlumatına görə, təhsilini M.V. Lomonosov adın Moskva Dövlət Universitetində - Asiya və Afrika ölkələri İnstitutunda alıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hansı dillərdə danışır?

Məlumdur ki, Peskovun linqvistik arsenalında doğma dilindən başqa üç dil var: ingilis, türk və ərəb. Universiteti bitirdikdən sonra Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb: Ankarada Rusiyanın Türkiyədəki səfirliyinin növbətçi köməkçisi, attaşe, birinci, ikinci və üçüncü katibi vəzifələrində çalışıb.

Peskovun dilləri, xüsusən də türk dilini bilməsi Rusiya liderlərinin işinə dəfələrlə kömək edib: 1999-cu ildə o, ATƏT-in İstanbul sammitində prezident Boris Yeltsinə tərcümçilik edib və artıq Vladimir Putinin rəhbərliyi altında Kremldə işləyərək, dəfələrlə dövlət başçısı ilə Türkiyə liderləri arasında görüşlərdə tərcüməçi kimi fəaliyyət göstərib..
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 753
avatar

Oxşar yazılar