Putini necə devirmək olar?   – Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabitindən AÇIQLAMA
15 may 2022 12:06 (UTC +04:00)

Putini necə devirmək olar? – Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabitindən AÇIQLAMA

Rusiyada prezident Vladimir Putinin hakimiyyətdən uzaqlaşdırılması Ukraynadakı hərbi məğlubiyyət nəticəsində baş verə bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu fikri Rusiya Dövlət Dumasının keçmiş deputatı, istefada olan Federal Təhlükəsizlik Xidmətinin polkovniki Gennadi Qudkov deyib.

Rusiyanın “de-Putinləşdirilməsi”nin necə həyata keçiriləcəyi ilə bağlı suala Qudkov belə cavab verib:

“Putini hakimiyyətdə saxlamaq olmaz. Necə? Hərbi məğlubiyyətlə. Putin – Akelladır, səhv edib. Putin artıq maço deyil, axsaq ördəkdir və s. O zaman elitalar fikirləşəcəklər ki, onu necə uzaqlaşdırsınlar, o zaman Putinizmə son qoyulacaq”.

Dövlət Dumasının keçmiş deputatı əlavə edib ki, Rusiyada “de-putinizasiya” ilə yanaşı, “deidiotizasiya” da həyata keçirilməli olacaq.

Çünki onun sözlərinə görə, “Putin insanları aldatmaq, onları planetin ən iyrənc əməllərini dəstəkləyən tam axmaqlara çevirmək üçün konveyer işə salmağı bacarıb”.
 

# 4758
avatar

Oxşar yazılar