Priqojin qəfil  planlarını dəyişib   və üsyana başlayıb -  Maraqlı detallar
23 noyabr 2023 14:30 (UTC +04:00)

Priqojin qəfil planlarını dəyişib və üsyana başlayıb - Maraqlı detallar

"Ədalət yürüşünün" başlamasına az qalmış Priqojin tamamilə fərqli hərəkətlər planlaşdırıb, lakin bir anda hər şey dəyişib.

İğtişaşdan əvvəl "Vaqner" özəl hərbi şirkətinin lideri Yevgeni Priqojin Vladimir Putinin rəğbətini bərpa etmək üçün Dövlət Dumasında çıxış etmək istəyib.

Lent.az bildirir ki, bu barədə Rusiya mətbuatı hökumətdəki anonim mənbələrə və Priqojinin tanışına istinadən məlumat yayıb.

Muzdluların lideri Dövlət Dumasında Rusiya Silahlı Qüvvələrinin rəhbərliyini tənqid etmək istəyib. Ətrafındakı insanlar Priqojinin Aerokosmik Qüvvələrin o vaxtkı baş komandanı Sergey Surivikinin müşayiəti ilə görüşdə iştirak etməsi ehtimalını nəzərdən keçiriblər.

“O, Ukraynadakı müharibə, Müdafiə Nazirliyi haqqında, əslində döyüşçülərimiz arasında nə qədər itki olduğunu bütün qaranlıqları dilə gətirəcəkdi. Ümumiyyətlə, hər şey bərbaddır. Köməkçilər onun gəlişinə hazırlaşırdılar”, - tanışı deyib.

Dövlət Dumasındakı mənbənin sözlərinə görə, Priqojin bu ilin yazında hökumət binasına baş çəkib və tribunadan çıxış etmək üçün icazə almaq istəyib. O, bu məsələ ilə bağlı spiker Vyaçeslav Volodinə müraciət edib, lakin “Kreml Priqojinin hər hansı fəaliyyətinə qadağa qoyduğuna” görə ondan imtina edilib.

Artıq yayda müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Qerasimovla ictimai münaqişəyə görə Priqojin Putinlə birbaşa əlaqəni itirib.

"Hətta əvvəllər ayağı ilə qapını sözün əsl mənasında aça bildiyi kabinettlərdə belə, ona giriş qadağan edilib", - məmur vuröulayıb.

Rusiya prezidentinin rəğbətini bərpa etmək üçün Priqojin Duma və partiya rəhbərliyindən gizli şəkildə “Ədalətli Rusiya”dakı tərəfdarlarının köməyi ilə çıxış təşkil etmək istəyib. Muzdluların lider hesab edirdi ki, onun sərt bəyanatı sayəsində Putinin köməkçiləri baş verənlər barədə Kreml rəhbərinə hesabat verməyə məcbur olacaqlar.

Priqojinin “Patriot” media holdinqinin operatorları və jurnalistləri “böyük qalmaqal” yaratmaq üçün yayımlar hazırlamalı idilər.

Lakin iyunun 22-də, yəni planlaşdırılan çıxışdan bir gün əvvəl “Vaqner”in təsisçisi səbəbini izah etmədən tədbirdə iştirakdan imtina edib. Bunun əvəzinə, ertəsi gün o, Moskvaya "ədalət yürüşünü" elan edib və “Vaqnerİn üsyanına başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4524
avatar

Oxşar yazılar