Prezident İlham Əliyev
16 dekabr 2020 13:11 (UTC +04:00)

Prezident İlham Əliyev

Prezidentin 6 noyabr Sərəncamı: Müharibənin vurduğu yaralar sağalır

Heç kimə sirr deyil ki, Vətən müharibəsində mülki şəxslərə və onların mülkiyyətinə dəymiş ziyanın aradan qaldırılması daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Dövlət başçısının erməni təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixli sərəncamı da bu qəbildəndir.

Yeri gəlmişkən, həmin Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası və 11 işçi qrupu yaradılıb.

Yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq addımlar atıldı. İlkin qiymətləndirmələr başa çatdıqdan dərhal sonra Prezident İlham Əliyevin növbəti sərəncamı ilə problemin aradan qaldırılması üçün addımlar atılmağa başlandı. Bu Sərəncama görə təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb.

Növbəti mərhələdə isə, mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaqdır. Göründüyü kimi zərərçəkmiş vətəndaşlarımıza dəyən ziyan ayrı-ayrı komponentlər üzrə xüsusi diqqətlə qiymətləndirilib və bundan sonrakı mərhələdə də vəziyyətə uyğun olaraq növbəti addımlar atılacaqdır. Bütün bunlar bir daha Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşın mənafeyinin ən öndə olduğunun göstəricisidi. Bütün bu tədbirlər nəzərdə tutulmuş müddətlərdə, tez bir zamanda həyata keçiriləcəkdir.

44 günlük Vətən müharibəsində canını, qanını Vətən yolunda fəda etmiş insanların, onların ailələrinin sosial müdafiəsi xüsusi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin müharibədən sonra imzaladığı ilk fərmanlardan biri məhz bu istiqamətdə oldu. Dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətin növbəti əyani təzahürüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 960

Oxşar yazılar